Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

26.1.2015

“Dədə Qorqud” jurnalının 50-ci sayı çap olunub

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan “Dədə Qorqud” toplusunun 50-ci sayında həmişəki kimi maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər, rəylər və başqa yazılar yer alıb.
Prof. Osman Əfəndinin “Dədə Qorqud Kitabı”nda “oğul məhəbbəti” ideyasının bədii-estetik təcəssümü” yazısı “məhəbbət” anlayışının dastandakı bədii-fəlsəfi mahiyyətinin araşdırılmasına həsr olunub.
Prof. Füzuli Bayatın “Türklərdə oyunun fəlsəfi baxımından halay” yazısında halay oyunu təhlil edilib, onu yeni-yeni formalarının meydana çıxdığı bildirilib.
Fil.ü.f.d. Vəfa İbrahimovanın yazısında Aşıq Qurbaninin şeirlərində gözələ müraciət formaları şərh olunub (“Aşıq Qurbaninin şeirlərində müraciət formaları”).
“Buta folklorumuzda və yazılı ədəbiyyatımızda” (fil.ü.f.d. Şakir Albalıyev) adlı məqalədə buta mifologeminin yazılı ədəbiyyata təsir imkanlarına diqqət yetirilib.
Jurnalın bu sayında, həmçinin, X.Kərimovanın “M.Qəmərlinin “Atalar sözü” kitabının tərtibi problemləri”, G.Hasilovanın “Əzizə Cəfərzadə və Azərbaycan qadın aşıqları”, Nijiati Supinin “Uyğurların iyi çakçak (lətifə) sənəti və burada bəhs olunan mədəniyyət ünsürləri haqqında”, V.Həsənovanın “Hənəfi Zeynallının arxivində Azərbaycan nağılları”, A.Qasımovanın “Hüseyn Arifin yaradıcılığında “saz” obrazı”, M.Xəlilovanın “Qırmızı rəngin mərasimi mənasına dair”, A.Nəcəfzadənin “Bir daha qolça qopuz çalğı aləti haqqında”, N.Hüseynovanın “XIX-XX əsrin əvvəllərində Qarabağın sosial-mədəni mühiti və milli musiqi mədəniyyətinin inkişaf aspektləri”, B.Qəmbərlinin “Fiziki tərbi-yə mədəniyyətimizin tarixindən”, N.Hacıheydərlinin “Salyanda Novruz” məqalələri yer alıb, Azərbaycan və türk xalqları folklorunudan yeni örnəklər (“Gədəbəy folklorundan örnəklər”, “Rumeli: izi itmiş tarix”) verilib.

AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.